Qazaxıstan və Serbiya paytaxtları arasında birbaşa aviareys açıldı
Dünya
03.11.2025 10:36
Qazaxıstan və Serbiya ölkələri arasında Astana şəhərindən Belqrada birbaşa aviareyslər istifadəyə verilib. Uçuşları Qazaxıstanın "SCAT" aviaşirkəti həyata keçirəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Astana-Belqrad-Astana marşrutu üzrə reyslər həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı günləri “Boeing 737” tipli müasir təyyarələrlə yerinə yetiriləcək. Uçuşun müddəti 5 saat 40 dəqiqə təşkil edib.
Qazaxıstanın nəqliyyat nazirinin müavini Talğat Lastaev qeyd edib ki, birbaşa aviareysin açılması iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm addımdır. Onun sözlərinə görə, yeni marşrut Qazaxıstan və Serbiya arasında işgüzar, turizm və mədəni əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.
Qeyd edək ki, birbaşa aviareysin açılması barədə razılıq Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin 2024-cü ilin noyabrında Serbiyaya səfəri zamanı əldə olunub. Layihə Qazaxıstan Xarici İşlər Nazirliyinin və ölkənin Serbiyadakı səfirliyinin dəstəyi ilə reallaşdırılıb.
Aysel Mətləb
tag: Qazaxıstan,Serbiya,Uçuş,Reys,Todaypress.tv,
        