Pxenyanda tarixi zirvə: Si Cinpin və Kim Çen In yeni dövrün konsensusunu elan etdilər
Çin Xalq Respublikasının sədri Si Cinpin və Şimali Koreya lideri Kim Çen In yeni dövrdə ikitərəfli münasibətlərin inkişafı üçün mühüm konsensusa nail olublar.
TodayPress TV xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Çin liderinin dövlət səfəri şərəfinə verilən rəsmi ziyafətin yekunlarına istinadən məlumat yayıb.
"Bu səfər zamanı yoldaş Baş katib Kim Çen In ilə mühüm konsensusa nail olduq", - deyə Si Cinpin bəyan edib.
Onun sözlərinə görə, tərəflər sosializmin gələcəyinin strateji yüksəkliyindən çıxış etmək, ali səviyyədə təmasları gücləndirmək, strateji qarşılıqlı fəaliyyəti dərinləşdirmək, praktiki əməkdaşlığı genişləndirmək və iki ölkə xalqları arasında əlaqələrin inkişafına töhfə vermək barədə razılığa gəliblər.
Kim Çen In isə öz növbəsində qeyd edib ki, Si Cinpin ilə yeni görüşü beynəlxalq vəziyyətin dəyişməsi nəzərə alınmaqla mühüm razılaşmaların əldə olunmasına imkan yaradıb. Lider əlavə edib ki, tərəflər həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Aysel Mətləb