Putinin Alyaskadakı görüş proqramı açıqlandı
Rusiya Prezidenti Vladimir Putinin ABŞ ilə Alyaskada keçiriləcək sammit çərçivəsindəki proqramı bəlli olub.
TodayPress TV xəbər verir ki, “RİA”nın məlumatına görə, yerli vaxtla saat 11:30-da (Bakı vaxtı ilə 22:30) Rusiya lideri ilə ABŞ Prezidenti Donald Tramp arasında təkbətək görüş keçiriləcək.
Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar davam edəcək və işçi səhər yeməyi ilə yekunlaşacaq. Görüşlərin sonunda dövlət başçılarının birgə mətbuat konfransı nəzərdə tutulur.
Qiymət Mahir