Putin: “Ukrayna münaqişəsi Qərb ölkələrinin səhvidir”

Putin: “Ukrayna münaqişəsi Qərb ölkələrinin səhvidir”
08.03.2026 18:15 Dünya

Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin Qərb ölkələrinin səhvi olduğunu bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

"Demək olar ki, hazırda baş verən hər şey şübhəsiz ki, səhvdir, ilk növbədə Qərb ölkələrinin səhvidir. Sistemli səhv", — deyə Rusiya lideri bildirib.

Onun sözlərinə görə, "Ukrayna böhranı" Qərbin bu ölkədəki dövlət çevrilişinə dəstək verməsi ilə başlayıb. O qeyd edib ki, məhz bu amil Krım hadisələrinə, ardınca isə Donbas və Novorossiya da daxil olmaqla, Ukraynanın cənub-şərqindəki genişmiqyaslı qarşıdurmaya yol açıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər