Putin Misir Prezidentini Moskvaya çağırdı
Rusiya Prezidenti Vladimir Putin misirli həmkarı Əbdülfəttah əs-Sisini oktyabrda Moskvada keçiriləcək Rusiya–Afrika sammitinə şəxsən dəvət edib.
TodayPress TV xəbər verir ki, Rusiya lideri BRİKS sammiti çərçivəsində Misir Prezidenti ilə görüşüb.
"Sizin rəhbərliyinizlə – bu, Soçidə olmuşdu, yeni Rusiya–Afrika formatını necə yaratmağımız yadımdadır. Bu il də biz bu qəbildən olan növbəti tədbiri keçiririk. Bu tədbirlər çərçivəsində sizi bu ilin payızında, oktyabr ayında Moskvada görməkdən şad olardıq", - deyə Putin əs-Sisiyə müraciət edib.
Aysel Mətləb