Puşkov Trampın 2011-ci il paylaşımını xatırlatdı
Rusiya Federasiya Şurasının informasiya siyasəti komissiyasının rəhbəri Aleksey Puşkov ABŞ Prezidenti Donald Trampın 2011-ci ildə sosial şəbəkədə etdiyi paylaşımı xatırladıb.
TodayPress TV xəbər verir ki, senator özünün “Telegram” kanalında Trampın o vaxt ABŞ Prezidenti Barak Obamanın seçkilərdə qalib gəlmək üçün İranla müharibəyə başlaya biləcəyini yazdığını göstərən paylaşımın skrinşotunu dərc edib.
Puşkov sual edib ki, 15 il sonra Trampın özü İranla müharibəyə nə üçün başlayıb.
Qiymət Mahir