Proqnoz: Avropa Birliyi Fransadakı böhrana görə zəifləyəcək

Proqnoz: Avropa Birliyi Fransadakı böhrana görə zəifləyəcək
07.10.2025 14:02 Dünya

Hökumət dəyişiklikləri fonunda Fransada siyasi qeyri-sabitlik Avropa Birliyinin zəifləməsinə səbəb ola bilər. 

TodayPress TV xəbər verir ki, bu ssenarini “Politico” proqnozlaşdırıb. 

Qeyd olunub  ki, bu qeyri-sabitlik bütün avrozonanı risk altında qoyur. 

Başqa bir mənbə isə bildirib ki, avrozonanın iqtisadiyyatı, hətta Fransa böhranı olmasa da, bir çox narahatlıqlara səbəb olur.  

Xatırladaq ki, Fransanın Baş naziri Sebastyan Lekornyu Prezident Emmanuel Makrona istefa ərizəsini təqdim edib.  “Le Figaro”nun məlumatına görə, dövlət başçısı artıq istefanı təsdiqləyib.

Nicat Osman

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər