Polşada nikah sənədlərində "ər" və "arvad" ifadələri dəyişdirilir
Dünya
19.01.2026 23:45
Polşada nikah şəhadətnamələrindəki "ər" və "arvad" ifadələri "birinci həyat yoldaşı" və "ikinci həyat yoldaşı" ifadələri ilə əvəz olunacaq.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Rəqəmsallaşdırma Nazirliyi məlumat yayıb.
Açıqlamaya görə, hazırda müvafiq qayda hazırlanır və bu addım Varşavanı digər AB ölkələrində bağlanmış eyni cinsli nikahları tanımağa məcbur edən Avropa Birliyi Ədalət Məhkəməsinin qərarının icrasını təmin etmək üçün zəruridir.
Qeyd edək ki, 25 noyabr 2025-ci ildə AB Ədalət Məhkəməsi iki polyak tərəfindən qaldırılan iddia barədə qərar qəbul edib və Polşanın digər AB ölkələrində bağlanmış eyni cinsli nikahları tanımasını tələb edib.
Hazırda Polşa qanunvericiliyi eyni cinsli nikahları tanımır və ölkə konstitusiyası nikahı kişi ilə qadının birliyi kimi müəyyən edir.
tag: Polşa, Nikah,"ər",Arvad,Rəqəmsallaşdırma Nazirliyi, todaypress.tv,
