Polşa şimal-şərq sərhədlərinə 4 briqada göndərəcək
Polşa şimal-şərq sərhədlərinə dörd ərazi müdafiə briqadası göndərəcək.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Naziri Vladislav Kosinyak-Kamış bildirib.
Nazirin sözlərinə görə, şimal-şərq sərhədində 1-ci Podlyaska briqadası, 4-cü Varminsko-Mazurska briqadası, 19-cu Pribujska briqadası və 20-ci briqada fəaliyyət göstərəcək.
Bildirilib ki, buna səbəb NATO-nun şərq cinahını və Polşanın şimal-şərq sərhədini möhkəmləndirməyə yönəlmiş növbəti mərhələdir.
Aynur TAC