Polşa Prezidenti Orbanla görüşdən imtina etdi

Polşa Prezidenti Orbanla görüşdən imtina etdi
30.11.2025 17:48 Dünya

Polşa Prezidenti Karol Navrotski Macarıstanın Baş naziri Viktor Orbanla planlaşdırılan görüşü ləğv edib.

TodayPress TV xəbər verir ki, buna Orbanın yaxın günlərdə Moskvaya səfər edərək Rusiya Prezidenti Vladimir Putinlə görüşməsi səbəb olub.

Məlumata görə, Navrotski çərşənbə günü Budapeştdə keçiriləcək Vişeqrad Qrupu sammitində iştirak etməli, ertəsi gün isə Orbanla görüşməli idi. Lakin səfər proqramı dəyişdirilib.

Polşa Prezident Administrasiyasının Beynəlxalq Siyasət Bürosundan bildirilib ki, Orbanın Moskva səfərinin siyasi konteksti nəzərə alınaraq, dövlət başçısı Macarıstana səfər proqramını məhdudlaşdırmaq qərarı verib.

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər