Polşa ordusu yeni zərbə dronlarını sınaqdan keçirir
Polşa ordusu yaxın günlərdə zərbə məsafəsi 1 min km olan pilotsuz sistemlərin sınaqlarını keçirəcək.
TodayPress TV xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyinin müavini Cezari Tomçik bildirib.
"Yaxın günlərdə Polşa Respublikasının Silahlı Qüvvələri "Deep Precision Strike" sahəsində Polşa işləmələrinin – ucuz pilotsuz silah sistemlərindən istifadə etməklə uzaq məsafələrə dəqiq zərbələr endirmək qabiliyyətinin sınaqlarına başlayacaq. Biz Polşa sənayesinin işləmələrini, o cümlədən onların təxminən 1 min km məsafədə fəaliyyət göstərmək qabiliyyətini yoxlayacağıq," – deyə o izah edib.
Aysel Mətləb