Polşa hökuməti Aİ-nin müdafiə krediti proqramını təsdiqlədi

Dünya

13.03.2026 22:40

Polşa hökuməti fövqəladə iclasda müdafiə və maliyyə nazirlərinə Avropa İttifaqının (Aİ) “SAFE” müdafiə krediti proqramı üzrə saziş imzalamağa icazə verən qətnamə qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb.

Bildirilib ki, sənəddə hökumət milli müdafiə, maliyyə və iqtisadiyyat nazirlərinə Aİ-nin “SAFE” proqramı üzrə sazişi imzalamaq səlahiyyəti verib.

Polşa Baş naziri Donald Tusk şərhində bildirib ki, Prezidentin vetosu onları dayandırmayacaq.

Qeyd edək ki, Avropa İttifaqı Polşanın “SAFE” çərçivəsində maliyyələşdirmə müraciətini təsdiqləyib. Polşa 43,7 milyard avro alacaq və bu da onu proqramın ən böyük alıcısı edəcək.

Xatırladaq ki, martın 13-ü Polşa Prezidenti Karol Navrotski parlament tərəfindən qəbul edilmiş Aİ-nin “SAFE” müdafiə krediti proqramının həyata keçirilməsi ilə bağlı qanun layihəsinə veto qoyub.

"Mən heç vaxt suverenliyimizi, müstəqilliyimizi, iqtisadi və hərbi təhlükəsizliyimizi sarsıdan qanun layihəsini imzalamayacam”, - deyə Navrotski vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

tag: Polşa,Aİ,Müdafiə,Donald Tusk,TodayPress TV,