Polşa Belarusla sərhədi bağladı
Polşa Belarusla bütün sərhəd keçid məntəqələrini bağlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Marçin Kervinski “Telegram” kanalında bildirib.
"Bu gecə Belarusla sərhədi "Zapad-2025" təlimləri ilə əlaqədar bağladıq. Nəqliyyatın hərəkəti bərpa olunacaq, ancaq bu bir qədər vaxt ala bilər. İqtisadi nöqteyi-nəzərdən sərhəddə hərəkətin mümkün qədər tez bərpa olunmasını təmin etməyə çalışacağıq", - nazir yazıda qeyd edib.
Aynur TAC