Martın 1-də Avropa İttifaqı ölkələrinin səfirləri və xarici işlər nazirləri Irandakı vəziyyətlə bağlı qapalı danışıqlar aparıblar.
TodayPress TV xəbər verir ki, bu barədə “Politico” mənbəyə istinadən məlumat yayıb. Nəşr bildirib ki, Avropa İttifaqı İrandakı gərginliyin Yaxın Şərqdən Avropaya miqrant axınının artmasına səbəb ola biləcəyindən ehtiyat edir.
Məlumata əsasən, martın 1-də keçirilən müzakirələrdə regiondakı vəziyyətin mümkün nəticələri dəyərləndirilib. Ursula fon der Lyayen də münaqişəyə cavab tədbirlərini müzakirə etmək üçün komandası ilə təcili iclas keçirib.
Mənbənin bildirdiyinə görə, Aİ-ni xüsusilə iki məsələ narahat edir: Avropaya miqrant sayının potensial artımı və həmin şəxslərə humanitar yardımın göstərilməsi ilə bağlı yaranacaq əlavə yük.
Jalə Rövən
