Pis hava səbəbindən Gürcüstan və İrana gedən yollar bağlıdır
Əlverişsiz hava şəraiti səbəbindən Ermənistanın Gürcüstan və İran istiqamətində bir sıra yollarında nəqliyyatın hərəkəti çətinləşib.
TodayPress TV xəbər verir ki, bu barədə Yol İdarəsi məlumat yayıb.
Məlumata görə, Gümrü-Aşotsk-Bavra (Gürcüstan istiqamətində), Qndevaz-Cermuk, Vanadzor-Alaverdi, Vanadzor-Dilican, Cermuk-Kapan kəsişməsinin (İran istiqamətində) aşağıdakı hissələri qoşqulu yük maşınları üçün bağlıdır.
Aysel Mətləb