Peskov: Putin və Si Cinpin BRICS sammitində görüşə bilər
Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin BRICS sammitinin kuluarlarında ünsiyyət qurmaq imkanı əldə edəcəklər.
TodayPress TV xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov “Vesti” informasiya xidmətinə müsahibəsində bildirib.
“Onların sammitin kuluarlarında bu və ya digər şəkildə qısa söhbət etmək imkanı olacaq. Çətin ki, onlar hər hansı məsələni ətraflı müzakirə edə bilsinlər, lakin ünsiyyət qurmaq imkanları olacaq”, – Peskov deyib.
Qiymət Mahir