Peskov: "Avropa Rusiyanı əsassız günahlandırır"

Peskov: "Avropa Rusiyanı əsassız günahlandırır"
06.10.2025 16:35 Dünya

Kreml Avropada müşahidə olunan pilotsuz uçuş aparatları ilə bağlı Rusiyaya yönələn ittihamları rədd edib.

TodayPress TV Rusiya KİV-ə istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bəzi Avropa siyasətçilərinin bu açıqlamalarını “əsassız və qərəzli” adlandırıb.

Onun sözlərinə görə, Avropada bir çox siyasətçi hər hadisədə Rusiyanı günahlandırmağa meyillidir:

“Onlar bunu düşünülməmiş şəkildə edirlər və biz bu cür ittihamlara da elə yanaşırıq”.

Jalə Rövşən

TodayPress TV


XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər