Pentaqon və Ağ Ev İrana qarşı birləşdi
Dünya
31.01.2026 11:20
Pentaqon və Ağ Ev İrana qarşı hərbi əməliyyat üçün birgə variantlar hazırlayıblar.
TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Amerika tərəfinə Ağ Ev və Pentaqon arasında koordinasiyalı şəkildə hazırlanmış mümkün hücum ssenariləri təqdim edilib. Bunlara İran hökumət obyektlərini, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun mövqelərini hədəf alan genişmiqyaslı bombardman kampaniyasını nəzərdə tutan sözdə "əsas plan" da daxil idi.
Bundan əlavə, İran hökumətinin simvolik hədəflərinə zərbələr endirməklə bağlı daha məhdud variantlar nəzərdən keçirilir. Bildirilib ki, bu cür ssenarilər Tehran razılaşmanı bağlamaqdan imtina edərsə, sonrakı eskalasiya ehtimalını açıq qoyur.
Nəşr, həmçinin vurğulayıb ki, Vaşinqtonun strateji məqsədləri bu mərhələdə qeyri-müəyyən olaraq qalır.
Aysel Mətləb
tag: Ağ Ev,Pentaqon ,İran,Amerika ,Todaypress.tv,
