Pekindən Vaşinqton, Təl-Əviv və Tehrana çağırış: "Münaqişə bölgəyə ağır zərbə vurub"

Pekindən Vaşinqton, Təl-Əviv və Tehrana çağırış: "Münaqişə bölgəyə ağır zərbə vurub"
09.06.2026 19:45 Dünya

Pekin hərbi əməliyyatların dövlətlər arasındakı mübahisələri həll edə bilməyəcəyini vurğulayaraq, bütün tərəfləri ABŞ-İsrailin İrana qarşı müharibəsini gərginləşdirməkdən çəkinməyə çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cien bəyanatında bildirib.

“ABŞ-İsrail-İran arasında üç aydır davam edən münaqişə Körfəz və daha geniş Yaxın Şərq regionu ölkələrinə ağır zərbə vurub. İran-ABŞ danışıqlarının bu kritik məqamında heç kim hərbi münaqişəni yenidən alovlandırmamalıdır. Region ölkələrinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmət edilməli və qorunmalıdır”, - deyə qeyd edilib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər