Pekin: Tayvan məsələsi Çinin daxili işidir

Pekin: Tayvan məsələsi Çinin daxili işidir
09.01.2026 17:31 Dünya

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq ABŞ Prezidenti Donald Trampın Tayvanla bağlı açıqlamalarına münasibət bildirib.

TodayPress TV xəbər verir ki, o, bu məsələnin Çinin daxili işi olduğunu və xarici qüvvələrin müdaxilə etməməli olduğunu deyib.

Tayvanın Çin ərazisinin ayrılmaz hissəsi olduğunu bildirib.

Onun sözlərinə görə, Tayvan məsələsinin həlli yalnız Çin xalqının səlahiyyətindədir və bu mövzu xarici müdaxiləyə yol vermir.

Xatırladaq ki, Donald Tramp daha əvvəl Çin lideri Si Cinpinin Tayvanla bağlı addımlarına özü qərar verəcəyini, lakin Pekinin güc tətbiqinin Vaşinqtonda ciddi narazılıq doğuracağını bildirib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər