Paul Biya yenidən Kamerun Prezidenti seçildi

Paul Biya yenidən Kamerun Prezidenti seçildi
27.10.2025 22:15 Dünya

Kamerun Konstitusiya Şurası (KŞ) rəsmi olaraq hazırkı Prezident Paul Biyanı 12 oktyabr prezident seçkilərinin qalibi elan edib.

TodayPress TV xəbər verir ki, bu barədə Kamerun Radio və Televiziyası məlumat yayıb.

KŞ-nin yaydığı məlumata görə, Biya səslərin 53,66%-ni toplayıb və ardıcıl səkkizinci dəfə dövlət başçısı seçilib.

Qeyd edək ki, Kamerunda prezidentin səlahiyyət müddəti yeddi ildir.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər