Paşinyan seçkiləri saxtalaşdırıb, 700 nəfər həbs edilib - Karapetyan əhalini üsyana çağırır?
“Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyan parlament seçkilərinin gedişini sərt tənqid edib və prosesi “rüsvayçılıq” adlandırıb.
TodayPress TV xəbər verir ki, Karapetyan media nümayəndələrinə müraciətində hakimiyyətin seçki prosesinə müdaxilə etdiyini iddia edib.
Onun sözlərinə görə, blokla əlaqəli 75 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib, 700 nəfər isə saxlanılıb.
Karapetyan həmçinin bildirib ki, hakimiyyət onun rəhbərlik etdiyi siyasi qüvvənin dəstəyinin artdığını gördükdən sonra səslərin hesablanmasını dayandırıb.
“Müttəfiqlərimizdən 75 nəfər istintaq təcridxanasındadır, 700 nəfər saxlanılıb. Hakimiyyət bizim dəstəyimizin artdığını gördükdən sonra səslərin hesablanmasını dayandırdı”, – deyə o iddia edib.
Qiymət Mahir