Paşinyan Moskvadan razı qayıtdı: "Bu səfər çox uğurlu oldu!"
Dünya
02.04.2026 13:38
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfərini uğurlu hesab etdiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “RİA” agentliyinə açıqlamasında deyib.
Paşinyan qeyd edib ki, səfər zamanı gündəlikdə olan bütün istiqamətlər üzrə konkret razılaşmalar əldə olunub.
“Bu səfəri çox uğurlu qiymətləndirirəm”, — deyə o vurğulayıb.
Qeyd edək ki, 1 aprel tarixində Kremlinə Rusiya Prezidenti Vladimir Putin ilə Paşinyan arasında danışıqlar keçirilib.
Putin iki ölkə arasında münasibətləri xüsusi xarakterli adlandırıb və Rusiya ilə Ermənistanı yalnız ortaq tarix deyil, həm də sivilizasiya yaxınlığının birləşdirdiyini bildirib.
O, həmçinin dialoqun açıq və səmimi olduğunu qeyd edib və Ermənistanla münasibətlərin parlament seçkilərinin nəticələrindən asılı olmayaraq davam edəcəyinə ümid etdiyini bildirib.
Qiymət Mahir
tag: Paşinyan ,Ermənistan,Paşinyan,Rusiya,TodayPress TV,
