Paşinyan: "Ermənistan, Azərbaycan və Gürcüstan əməkdaşlığı gücləndirməlidir"
Dünya
04.03.2026 13:25
Ermənistan, Azərbaycan və Gürcüstan arasında regional əməkdaşlığın daha da dərinləşəcəyini gözləyir.
TodayPress TV xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu fikirləri Tbilisidə Ermənistan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının açılışında səsləndirib.
O vurğulayıb ki, mövcud çətinliklərə baxmayaraq, Cənubi Qafqaz ölkələri əməkdaşlıq üçün əhəmiyyətli potensiala malikdir və bu imkanlardan daha səmərəli istifadə olunmalıdır.
Baş nazir həmçinin Ermənistan və Azərbaycan arasında ticarət-iqtisadi əlaqələrin inkişafına verdiyi dəstəyə görə Gürcüstana təşəkkür edib və bu dəstəyin vacibliyini diqqətə çatdırıb.
Qeyd edək ki, ötən ilin sonu və bu ilin əvvəlində Azərbaycan Gürcüstan vasitəsilə Ermənistana bir neçə partiya neft məhsulu göndərib. Bundan əlavə, Rusiya və Qazaxıstandan buğda yükləri Azərbaycan və Gürcüstan ərazisindən tranzitlə Ermənistana çatdırılıb.
Türkan İsgəndərli
tag: Ermənistan,Azərbaycan,Gürcüstan,Əməkdaşlıq,Todaypress.tv,
