Paşinyan bu dəfə “göyə əl atdı” - 3 peyk vədi
Ermənistanın Baş naziri Nikol Paşinyan kosmosa üç peyk göndəriləcəyini vəd edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Parisdə keçirilən Beynəlxalq Kosmik Sammitdə çıxışı zamanı bildirib.
“Ermənistan ən azı üç peyk – ikisi Yer kürəsini müşahidə etmək, biri isə telekommunikasiya üçün nəzərdə tutulan peyklər göndərməyi planlaşdırır. Bununla yanaşı, öz yerüstü infrastrukturumuzu və peyklərin idarə olunması, məlumatların qəbulu, emalı və təhlili üzrə daxili imkanlarımızı inkişaf etdirəcəyik”, – deyə o vurğulayıb.
2022-ci ildə Ermənistan İspaniya mütəxəssisləri tərəfindən hazırlanmış ilk peyk - “Armsat-1”i kosmosa göndərib. Peyk “SpaceX” şirkəti tərəfindən orbitə çıxarılıb. 2025-ci ilin noyabrında Ermənistan hakimiyyəti aparatın missiyasını başa çatdırdığını açıqlayıb.
Aysel Mətləb