Paşinyan bir sıra məmurları vəzifələrindən azad etdi

Paşinyan bir sıra məmurları vəzifələrindən azad etdi
12.09.2025 07:00 Dünya

Ermənistanın Su Təsərrüfatı Komitəsinin sədri Karen Sedrakyan vəzifəsindən azad edilib.

TodayPress TV-nin xəbərinə görə, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan qərar imzalayıb.

Qeyd edək ki, Sedrakyan 2025-ci ilin mayında komitə sədri təyin edilmişdi.

Paşinyan, həmçinin ölkənin ərazi idarəetmə və infrastruktur nazirinin müavini Samvel Muradyanı da Əmək və Sosial Məsələlər Nazirliyinin baş katibi vəzifəsindən azad edib.

Aynur TAC 

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər