Paşinyan: Aİ bizi qəbul etməsə belə, qazanan Ermənistan olacaq

Paşinyan: Aİ bizi qəbul etməsə belə, qazanan Ermənistan olacaq
02.07.2026 19:25 Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsinin Avropa İttifaqına üzv olması Ermənistan üçün mühüm uğur olacaq.

TodayPress TV xəbər verir ki, Paşinyan çıxışında qeyd edib ki, Ermənistan Aİ-yə üzv ola bilsə, bu, ölkə üçün böyük nailiyyət hesab ediləcək.

Baş nazir vurğulayıb ki, hətta Avropa İttifaqı gələcəkdə genişlənməmək qərarı versə belə, Ermənistan yenə də qazanc əldə etmiş olacaq. Onun sözlərinə görə, bu halda ölkə Aİ standartlarına tam uyğun bir dövlətə çevriləcək.

“Bu işlər Avropa İttifaqı üçün deyil, Ermənistan Respublikasının vətəndaşları üçün görülür”, – deyə Paşinyan bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
02 IYUL 2026
Bütün Xəbərlər