Papuaşvili: "Gürcüstan Aİ-yə inansaydı, məhv olardı"
Dünya
16.04.2026 22:40
“Gürcüstan hakimiyyəti 2022-ci ildə Brüsselə inanıb Rusiyaya qarşı sanksiyalar tətbiq etsəydi, ölkə böyük ehtimalla müharibə yaşayar, iqtisadiyyatı isə çökərdi”.
TodayPress TV xəbər verir ki, bu fikirləri jurnalistlərə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, əgər Gürcüstan Brüsselə inansaydı, bu gün iqtisadi cəhətdən məhv edilmiş və böyük ehtimalla müharibə yaşamış bir ölkə olardı.
“Xoşbəxtlikdən, Brüssel və digər paytaxtların nümayəndələri Gürcüstan hakimiyyətində və kabinetlərdə onların qarşısında bir ayaq üstə durmağa hazır olan insanlarla qarşılaşmadılar. Onlar öz millətinin maraqlarını qoruyanlarla qarşılaşdılar", - deyə Papuaşvili vurğulayıb.
Aysel Mətləb
tag: Gürcüstan,Papuaşvili,Brüssel,Rusiya,TodayPress TV,
