Papua-Yeni Qvineya sahillərində zəlzələ oldu

Papua-Yeni Qvineya sahillərində zəlzələ oldu
30.06.2026 20:10 Dünya

Papua-Yeni Qvineyanın Yeni Britaniya bölgəsi sahillərində 5.6 maqnitudalı zəlzələ baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələnin episentri Yeni Britaniya adası yaxınlığında, 5.71 dərəcə cənub enliyi və 151.01 dərəcə şərq uzunluğu koordinatlarında qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUN 2026
Bütün Xəbərlər