Papa XIV Leo Pasxa münasibətilə sülh çağırışı etdi

Dünya

05.04.2026 17:31

Roma Papası XIV Leo ilk Pasxa müraciətində zorakılıq və laqeydliyə qarşı çıxaraq, dünyanı silahsızlanmağa və münaqişələri dialoq yolu ilə həll etməyə çağırıb.

TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, sülh güc yolu ilə deyil, qarşılıqlı anlaşma və danışıq vasitəsilə əldə olunmalıdır.

Papa həmçinin insanları zorakılığa alışmamağa və onun sosial-iqtisadi nəticələrinə laqeyd qalmamağa səsləyib.

Pontifik çıxışında sələfi Papa Fransiskin “laqeydliyin qloballaşması” ilə bağlı fikirlərini də xatırladıb.

Pasxa mərasimləri çərçivəsində Papa Müqəddəs Pyotr meydanında ayin keçirib, daha sonra isə ənənəvi “Urbi et Orbi” xeyir-duası ilə bütün dünyaya müraciət edib.

Sonda o, həm meydanda olanlara, həm də mərasimi izləyənlərə xeyir-dua verərək dindarları dua etməyə çağırıb.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Roma,Papa,Pasxa,Sülh,Todaypress.tv,