Papa XIV Leo ilk xarici səfərini Türkiyə və Livana edəcək
Roma Papası XIV Leo noyabrın sonunda Türkiyə və Livana səfər edəcək.
TodayPress TV bu barədə xarici KİV-ə istinadən məlumat verir.
Belə ki, bu, Roma Papasının İtaliyadan kənara ilk səfəridir.
Səfər noyabrın 27-dən 30-dək Türkiyəni, noyabrın 30-dan dekabrın 2-dək isə Livanı əhatə edəcək.
Səfər zamanı Papa Yaxın Şərqdəki xristianların vəziyyətinə diqqət çəkəcək və regionda sülhə çağırış edəcəyi gözlənilir.
Türkan İsgəndərli