Pakistanda avtobus dərəyə aşdı - 40 nəfər ölüb

Pakistanda avtobus dərəyə aşdı - 40 nəfər ölüb
03.07.2026 11:45 Dünya

Pakistanın Bəlucistan əyalətində avtobusun dərəyə aşması nəticəsində azı 40 nəfər ölüb, 8 nəfər yaralanıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Dawn" məlumat yayıb.

"İlkin məlumatlara görə, qəza nəticəsində 40 nəfər ölüb, 8 nəfər yaralanıb", - Bəlucistan nazirinin media və siyasi məsələlər üzrə köməkçisi Şahid Rindin bəyanatında bildirilib.

Avtobus dərəyə aşan zaman salonda 48 sərnişin olub.

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUL 2026
Bütün Xəbərlər