Pakistan və İran regionda sülhün bərqərar olması səylərini müzakirə etdilər

Pakistan və İran regionda sülhün bərqərar olması səylərini müzakirə etdilər
25.04.2026 23:50 Dünya

Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkian Yaxın Şərqdə sülhün bərqərar olması səylərini müzakirə ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə Pakistan Baş nazirinin ofisi məlumat yayıb.

"50 dəqiqə davam edən isti və səmimi söhbət zamanı iki lider mövcud regional vəziyyət və bölgədə sülhün, sabitliyin möhkəmləndirilməsi üçün göstərilən səylər barədə ətraflı fikir mübadiləsi aparıblar", - deyə bəyanatda bildirilib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər