Pakistan Əfqanıstanın iddialarını təkzib etdi

Dünya

02.04.2026 14:08

Pakistan Əfqanıstan tərəfinin Pakistan-Əfqanıstan sərhədi boyunca tikanlı məftil hasarlarını sökməyə başladığı barədə iddialarını təkzib edib.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bu barədə Pakistanın İnformasiya Nazirliyi bildirib.

Nazirlik bildirib ki, bu cür ifadələr Əfqanıstan tərəfindən təbliğat məqsədilə yayılır.

Nazirlik əlavə edib ki, Taliban rejimi Pakistan ərazisinə nüfuz etmək üçün terrorçular, qaçaqmalçılar və cinayətkar qruplaşmalarla birgə fəaliyyət göstərir. Durand Xətti kimi tanınan Pakistan-Əfqanıstan sərhədi 2 640 km uzunluğundadır və Pakistan tərəfindən ciddi şəkildə qorunur.

Daha əvvəl, Kabul Afghanistan Defence adlı X hesabında “Durand Xətti boyunca tikanlı məftillərin tamamilə sökülməsi əməliyyatının” başlandığı barədə məlumat paylaşılmışdı. Paylaşıma Pakistanın “uydurma” adlandırdığı sökülmə videoları da əlavə edilmişdi.

Jalə Rövşən 

TodayPress TV

tag: Pakistan,Əfqanıstan, Sərhəd,Təkzib ,Todaypress.tv,