Özgür Özel CHP Qrup sədri seçildi

Dünya

23.05.2026 15:00

Özgür Özel Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament qrupunun sədri seçilib.

TodayPress TV “TRT Haber”ə istinadən xəbər verir ki, partiyanın qərargahında keçirilən toplantıda bununla bağlı səsvermə baş tutub.

Toplantıda iştirak edən 96 millət vəkilindən 95-i Özgür Özelin lehinə səs verib. Bir səs isə etibarsız hesab olunub.

Bildirilib ki, xəstəlik, dəfn mərasimi və xaricdə olma kimi səbəblərlə toplantıya qatıla bilməyən 42 deputatdan 15-i Özelə dəstəyini ifadə edib.

Qeyd edək ki, CHP Türkiyə Böyük Millət Məclisində 138 millət vəkili ilə təmsil olunur.

Xatırladaq ki, Ankara Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib. Həmin qurultayda partiya sədri seçilən Özgür Özel vəzifəsindən uzaqlaşdırılıb, CHP-nin sabiq sədri Kamal Kılıçdaroğlu isə qərar qüvvəyə minənədək müvəqqəti olaraq partiya rəhbərliyinə qaytarılıb.

TodayPress TV

tag: Özgür Özel,CHP,Sədr,Seçki,Todaypress.tv,