Özbəkistan əlifbasını dəyişdirir

Özbəkistan əlifbasını dəyişdirir
11.09.2026 06:10 Dünya

Özbəkistan parlamentinin yuxarı palatası latın qrafikası əsasında olan özbək əlifbasının quruluşunu dəyişdirən qanunu qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Qanuna əsasən, latın qrafikası əsasında olan özbək əlifbası 26 hərf və 3 hərf birləşməsi əvəzinə 28 hərf və bir apostrofdan ibarət olacaq.

Qeyd olunub ki, qanun layihəsi müzakirədən sonra senatorlar tərəfindən təsdiqlənib.

Qanunda keçid dövrünün tətbiqi də nəzərdə tutulur. Belə ki, köhnə qrafikada olan sənədlər, əskinaslar, qiymətli kağızlar, eləcə də mövcud lövhələr və dövlət rəmzləri dəyişdirilənə və ya fiziki olaraq köhnələnə qədər istifadədə qalacaq.

Senat hesab edir ki, bu qərar özbək dilinin rəqəmsal mühitdə inkişafına və istifadəsinin asanlaşdırılmasına kömək edəcək.

Yaxın vaxtlarda sənəd imzalanması üçün dövlət başçısına təqdim olunacaq.

Aysel Mətləb

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər