Osloda ABŞ səfirliyi yaxınlığında partlayış baş verdi

Osloda ABŞ səfirliyi yaxınlığında partlayış baş verdi
08.03.2026 19:15 Dünya

Osloda ABŞ səfirliyi yaxınlığında baş vermiş gecə partlayışının "təhlükəsizlik sahəsindəki mövcud vəziyyətlə bağlı" qəsdən törədilmiş hücum olduğu ehtimal edilir.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi ölkə polisinə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda polisin əlində konkret şübhəli şəxs yoxdur, lakin hüquq-mühafizə orqanları bir və ya bir neçə ehtimal olunan cinayətkarın axtarışını davam etdirir. İstintaq çərçivəsində hadisənin bir neçə versiyası nəzərdən keçirilir.

Xatırladaq ki, partlayış səfirliyin ərazisində baş verib. KİV-in verdiyi son məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər