Osetiyada məşhur separatçı qadını sel Gürcüstana apardı

Dünya

23.05.2026 10:40

Kremlə yaxın media fiqurlarından biri və erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyanın yaxın çevrəsinə aid olduğu bildirilən rejissor Anna Tıtsı Rusiyanın işğal altında olan Cənubi Osetiyanın paytaxtı Sxinvali yaxınlığında dağ çayında baş verən hadisə zamanı itkin düşüb.

TodayPress TV xəbər verir ki, Anna Tıtsı 2008-ci il Rusiya-Gürcüstan müharibəsi ilə bağlı çəkilmiş “Ədalətə yol” sənədli filminin təqdimatı üçün çəkiliş qrupu ilə birlikdə bölgəyə gəlib.

Məlumata görə, güclü yağışlar nəticəsində Didi Liaxvi çayında sel yaranıb.

Bildirilir ki, hadisə zamanı Anna Tıtsı və bölgədəki hərbi hissə komandiri çay üzərindəki asma körpüdə olublar. Körpünün aşması nəticəsində hər iki şəxs çaya düşüb. Hərbi komandirin xilas edildiyi, Anna Tıtsının isə sel sularına qapıldığı qeyd olunur.

Məlumata əsasən, axtarış-xilasetmə işlərinə Gürcüstan tərəfinin xilasediciləri də cəlb olunub. Çayın axınının Gürcüstan istiqamətində olduğu bildirilir.

TodayPress TV

tag: Anna Tıtsı,Cənubi Osetiya,Sxinvali,Çay,Todaypress.tv,