Orban: “Rusiya ilə birbaşa danışıqlar aparılmalıdır”

Orban: “Rusiya ilə birbaşa danışıqlar aparılmalıdır”
29.10.2025 16:39 Dünya

Macarıstanın Baş naziri Viktor Orban Avropada sülh və sabitliyə nail olmaq üçün öz planını sosial şəbəkə "X"də təqdim edib. 

TodayPress TV xəbər verir ki, Orbanın planına əsasən, Avropa Rusiya ilə birbaşa danışıqlar aparmalıdır ki, beynəlxalq məsələlərdə söz sahibi ola bilsin.

O, həmçinin bildirib ki, Ukrayna Aİ-nin üzvü deyil, yalnız strateji tərəfdaşı olmalıdır.

Baş nazirin fikrincə, Avropa İttifaqı daxili problemlərin həllinə yönəlməlidir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər