OPEC+ qərarını verdi: Neft hasilatı kvotaları uzadıldı!

OPEC+ qərarını verdi: Neft hasilatı kvotaları uzadıldı!
06.09.2026 23:30 Dünya

Yeddi "OPEC+" ölkəsi (Rusiya, Səudiyyə Ərəbistanı, Əlcəzair, Küveyt, İraq, Qazaxıstan və Oman) nazirləri neft hasilatı üzrə sentyabr kvotalarının müddətini oktyabr ayına qədər uzatmaq qərarına gəliblər.

TodayPress TV xəbər verir ki, bu barədə təşkilatın aylıq onlayn görüşünün yekunlarına dair məlumatında bildirilib.

Sazişin liderləri - Səudiyyə Ərəbistanı və Rusiya üçün neft hasilatının maksimal həddi müvafiq olaraq 10,478 mln. barel/gün və 9,949 mln. barel/gün səviyyəsində saxlanılıb. İraq 4,431 mln. barel/gün, Küveyt - 2,676 mln. barel/gün, Qazaxıstan 1,628 mln. barel/gün, Əlcəzair 1,007 mln. barel/gün, Oman isə 841 min barel/gün hasil etmək hüququna malikdir.

Məlumatda qeyd olunub ki, saziş iştirakçıları onun tam icrasına nail olmağa sadiq qaldıqlarını təsdiqləyiblər.

Qeyd edək ki, "Yeddilər"in növbəti görüşü, həmçinin "OPEC+" nazirlər komitəsinin iclası oktyabrın 4-də keçiriləcək.

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər