Onlarla PUA vuruldu, limanda yanğın çıxdı

Onlarla PUA vuruldu, limanda yanğın çıxdı
14.08.2026 10:00 Dünya

Leninqrad vilayətində PUA hücumu nəticəsində Ust-Luqa limanında yanğın baş verib.

TodayPress TV  Ukrayna KİV-ə istinadən xəbər verir ki, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, bölgə üzərində 51 PUA vurulub.

Son məlumata əsasən, məhv edilən pilotsuz təyyarələrin sayı 54-ə çatıb.

Drozdenko bildirib ki, hücum nəticəsində Ust-Luqa limanında yanğın aşkarlanıb və mütəxəssislər yanğının söndürülməsinə başlayıblar.

Bundan əvvəl vilayət rəhbəri 37 Ukrayna PUA-sının məhv edildiyini açıqlamışdı.

Hücum fonunda Sankt-Peterburqdakı Pulkovo hava limanı saat 03:03-dən etibarən uçuşların qəbuluna məhdudiyyətlərlə keçib.

Qeyd edilib ki, bu, ilin əvvəlindən Ust-Luqaya edilən ən azı altıncı PUA hücumudur. Bundan əvvəl liman martın 22-si, 25-i, 29-u və 31-i, həmçinin iyulun 6-da hücuma məruz qalıb. Əvvəlki hücumlar zamanı limandan neft və neft məhsullarının daşınması müvəqqəti dayandırılıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər