Nyu-Yorkda təhlükəsizlik gücləndirildi

Nyu-Yorkda təhlükəsizlik gücləndirildi
28.02.2026 16:40 Dünya

ABŞ və İsrailin İrana endirdiyi zərbələr fonunda Nyu-York polis idarəsi şəhərdə təhlükəsizlik tədbirlərini gücləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə Nyu-York Polis Departamenti sosial şəbəkə "X" də məlumat yayıb.

Bildirilib ki, polis Yaxın Şərqdə baş verən hadisələri diqqətlə izləyir və federal, eləcə də beynəlxalq tərəfdaşlarla koordinasiyalı fəaliyyət göstərir.

Məlumata görə, ehtiyat tədbiri olaraq şəhər üzrə diplomatik, mədəni və dini obyektlərin, həmçinin digər mühüm məkanların ətrafında patrul xidmətləri gücləndiriləcək. Polis sakinləri diqqətli olmağa və şübhəli fəaliyyət barədə hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər