NYT: Zelenski dünyaya həm yardım təklif edir, həm də...
Dünya
10.03.2026 11:56
Yaxın Şərqdə müharibə fonunda Ukrayna Prezidenti Volodimir Zelenski həm kömək təklif etməyə, həm də Kiyevin dəstəyə ehtiyacı olduğunu xatırlatmağa çalışır.
TodayPress TV xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.
Məqalədə qeyd olunur ki, fevral ayında Rusiya-Ukrayna müharibəsinin başlanmasının dördüncü ildönümü ilə bağlı və üçtərəfli sülh danışıqları səbəbindən beynəlxalq diqqət əsasən Ukraynaya yönəlmişdi. Lakin hazırda diqqət böyük ölçüdə İran ətrafında baş verən müharibəyə keçib.
Qəzetin jurnalisti Kim Barkerin sözlərinə görə, Zelenski dünyaya iki mesaj verməyə çalışır.
“Zelenski öz mövqeyini çatdırmağa çalışır. Onun mesajı ondan ibarətdir ki, Ukrayna Yaxın Şərqdə İran dronları ilə mübarizədə kömək etməyə hazırdır, lakin eyni zamanda Ukraynanın özünün də dəstəyə ehtiyacı qalır”, – deyə o bildirib.
Jurnalist əlavə edib:
"Zelenski həm də göstərmək istəyir ki, o, təzyiqlərə boyun əymək və Donbası güzəştə getmək niyyətində deyil, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə bu şərtlərlə razılaşma bağlamağa hazır deyil".
Qiymət Mahir
tag: Yaxın Şərq,Ukrayna ,Volodimir Zelenski,Kim Barker,TodayPress TV,
