"Nüvə silahlı ilk islam respublikası Britaniya olacaq" - Netanyahu

"Nüvə silahlı ilk islam respublikası Britaniya olacaq" - Netanyahu
14.08.2026 23:18 Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu nüvə silahına malik "ilk islam respublikası"nın Böyük Britaniya olacağını hesab edir.

TodayPress TV xəbər verir ki, bu barədə o, "Qaley Tsahal" ordu radiosuna müsahibəsində bildirib.

"Nüvə silahına malik ilk islam respublikası Britaniyanın islam respublikası olacaq. Buna görə də biz İranın nüvə silahına malik daha bir respublikaya çevrilməməsinə diqqət yetiririk", - deyə baş nazir vurğulayıb.

Netanyahu, həmçinin İkinci Dünya müharibəsi dövründə Böyük Britaniyanın lideri olmuş Uinston Çörçillin oğlu və nəvəsinin jurnalist olduğunu və 1967-ci ilin yayında baş verən "Altıgünlük müharibə" ilə bağlı İsrail tərəfdarı reportajlar hazırladıqlarını qeyd edib.

"Onlar bura gəldilər və Altıgünlük müharibəni bizim üçün çox müsbət şəkildə işıqlandırdılar", - deyə o bildirib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 AVQUST 2026
Bütün Xəbərlər