Nobel Komitəsinin sədri barəsində cinayət işi açıldı

Dünya

06.02.2026 10:30

Norveçdə Ekoloji və iqtisadi cinayətlərin istintaqı üzrə milli qurum Nobel Komitəsinin sədri Turbyörn Yaglanda qarşı ağırlaşdırıcı hallarla korrupsiya maddəsi üzrə cinayət işi başladıb.

TodayPress TV xəbər verir ki, Norveçin «Økokrim» qurumu bu barədə rəsmi saytında məlumat yayıb.

Bildirilib ki, hazırda Nobel Komitəsinin sədri olan, eyni zamanda Norveçin sabiq Baş naziri və Avropa Şurasının keçmiş baş katibi Turbyörn Yagland barəsində hədiyyələrin qəbulu, səfərlərin maliyyələşdirilməsi və borclarla bağlı araşdırma aparılacaq.

Məlumata görə, Yagland qalmaqallı maliyyəçi Ceffri Epşteyn ilə yaxın münasibətdə olub və 2014-cü ildə şəxsi yaşayış evi almaq üçün ondan maliyyə dəstəyi istəyib. Ekokrim qeyd edib ki, sabiq beynəlxalq təşkilat rəhbəri statusu Yaglanda toxunulmazlıq verir. Bu səbəbdən qurum Norveçin Xarici İşlər Nazirliyinə müraciət edərək həmin toxunulmazlığın aradan qaldırılmasını xahiş edib.

Qiymət Mahir

tag: Yaglan,Epşteyn ,Norveç,Nobel,