Niderland Ukraynaya 25 milyon avro ayıracaq

Niderland Ukraynaya 25 milyon avro ayıracaq
28.10.2025 22:15 Dünya

Niderland Ukraynanın enerji sektorunu dəstəkləmək üçün 25 milyon avro ayıracaq.

TodayPress TV-nin  məlumatına görə, bu barədə Niderlandın xarici işlər naziri David van Veel "X” sosial şəbəkəsində məlumat verib.

O, Ukraynaya dəstək və Rusiyaya davamlı təzyiqin beynəlxalq siyasətin vacib elementləri olaraq qaldığını qeyd edib. Nazir həmçinin Niderlandın müharibə cinayətləri tribunalının yaradılmasının ilkin mərhələlərinə ev sahibliyi edəcəyini vurğulayıb.

"Həmkarım Andrey Sibiqaya enerji sektorunda əməkdaşlığı gücləndirdiyimizi də bildirdim. Rusiya Ukraynanın enerji infrastrukturuna qəsdən hücum edir. Niderland avadanlıq, təcili təmir və qaz alışı üçün 25 milyon avro ayırır. Dostlarımızın donmasına imkan verməyəcəyik", - o yazıb.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər