Niderland kraliçası orduya qoşulur

Dünya

05.02.2026 06:30

Niderland kraliçası Maksima ölkənin Silahlı Qüvvələrində ehiyatda olan hərbçi kimi hərbi xidmətə başlamaq barədə qərar verib. 

TodayPress TV xəbər verir ki, bu barədə “RTL” məlumat yayıb. 

Bildirilib ki, Niderland kralı Villem-Aleksandrın həyat yoldaşı hərbi xidmətini tam ştatlı deyil, qismən formatda həyata keçirəcək. Bu proses nəzəri və praktiki məşğələləri əhatə edən hərbi hazırlıq kursu ilə başlayacaq. 

Qeyd olunur ki, Niderland qanunvericiliyinə əsasən, ehiyatda olan hərbçilər fövqəladə hallar, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və ya iri miqyaslı hərbi münaqişələr zamanı peşəkar hərbçilərlə birlikdə xidmətə cəlb oluna bilərlər. 

Niderland Müdafiə Nazirliyi kraliça Maksimanın bu qərarının əsasən simvolik xarakter daşıdığını və vətəndaşları hərbi xidmətə təşviq etməyi hədəflədiyini açıqlayıb.  

Bildirilib ki, bundan əvvəl də taxt-tacın varisi şahzadə Amelianın hərbi hazırlığa başlamasından sonra ölkədə hərbi xidmətə maraq artıb. 

Aysel Mətləb

TodayPress TV

tag: Niderland,Kraliça,Maksima,Hərbi xidmət,Todaypress.tv,