Netanyahunun təyyarəsi havaya qalxdı
İsrailin Baş naziri Benyamin Netanyahunun təyyarəsi İranın cavab raket zərbələri başlayandan sonra havaya qalxıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Militarist” "Telegram" kanalı "Flightradar" xidmətinin məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, Netanyahunun istifadə etdiyi hökumət təyyarəsi havaya qalxıb və uçuş həyata keçirib. Lakin İsrail Baş nazirinin həmin vaxt təyyarənin göyərtəsində olub-olmadığı hələlik məlum deyil.
Hazırda məsələ ilə bağlı rəsmi mənbələr tərəfindən əlavə açıqlama verilməyib.
Qiymət Mahir