Netanyahudan 1,4 milyardlıq ölkə ilə bağlı maraqlı sözlər
İsrail Baş naziri Benyamin Netanyahu Hindistanın Baş naziri Narendra Modi ilə “çox səmimi” telefon danışığı apardığını bildirib.
TodayPress TV xəbər verir ki, “Bu həftə dostum, Hindistanın Baş naziri Narendra Modi ilə daha bir çox səmimi söhbətim oldu. Əhalisi 1,4 milyard olan “kiçik” ölkə ilə bağlı danışıram”, - Netanyahu qeyd edib.
O bildirib ki, Hindistanda İsrailə dəstək çox böyükdür. Netanyahu bu dəstəyin təhlükəsizlik sahəsində əməkdaşlığa və iqtisadi münasibətlərin inkişafına çevrildiyini vurğulayıb.
Kübra Musayeva