Netanyahu İranın hərbi proqramlara 1 trilyon dollar xərclədiyini iddia edir

Dünya

01.04.2026 00:00

İsrailin Baş naziri Binyamin Netanyahu İranın hərbi proqramlarına təxminən bir trilyon dollar xərclədiyini iddia edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, İsrail televiziyasında yayımlanan xalqa müraciətində məlumat verib.

Netanyahu Tehranın İsraili məhv etməyə, Yaxın Şərqdə üstünlük qazanmağa və qlobal təhlükə yaratmağa çalışdığını bildirib və iddia edib ki, bu məqsədlə İran sərt sanksiyalara məhəl qoymadan nüvə və raket proqramlarını inkişaf etdirməyə əhəmiyyətli resurslar ayırır.

"İndi sizə demək istəyirəm ki, illər ərzində bütün bunlar İrana təxminən bir trilyon dollara başa gəlib. Artıq deyə bilərik ki, bir trilyon boşa xərclənib", - deyə baş nazir qeyd edib.

Aysel Mətləb

TodayPress TV

tag: İsrail,İran,Netanyahu,Xərc,TodayPress TV,